Yığmamız uduza-uduza gedir
19.06.2011 - 12:11
Yığmamız uduza-uduza gedir
Kiyev şəhərində təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan millisi yenə uduzub. Apasport.az saytının məlumatına görə, komandamız Ukrayna yığması ilə növbəti yoldaşlıq oyununu keçirib. Bu dəfə futbolçularımız əlavə vaxtda rəqibə “boyun əyib” – 4:5.

Elvin Quliyevin dubl etdiyi və Ramil Əliyevlə Nahid Mehrəliyevin hərəyə 1 dəfə fərqləndiyi qarşılaşmanın əsas vaxtı 4:4 hesabı ilə başa çatıb. Əlavə vaxtda penalti zərbəsindən daha 1 qol vuran ukraynalı futbolçular 5:4 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, ilk matçda yığmamız 1:4 hesabı ilə uduzmuşdu.