Ankarada daha 2 qələbə
19.06.2011 - 12:31
Boks üzrə Avropa çempionatının ikinci günündə 4 idmançımız rinqə çıxıb. Apasport.az saytının məlumatına görə, Rəhim Nəcəfov bolqarıstanlı Detelin Dalakliyevə uduzduqdan sonra digər boksçularımız qələbə qazanıblar. Heybətulla Hacəliyev (64 kq) latviyalı rəqibini məğlub edərək növbəti mərhələyə vəsiqə əldə edib.
Axşam proqramında isə daha 2 həmyerlimiz rinqə çıxıb. Əvvəllcə 69 kq çəki dərəcəsində mübarizə aparan Osman Əliyev sloveniyalı Ervin Bluçla üz-üzə gəlib. Rəqibdən bir baş üstün olan boksçumuz 21:4 hesabı ilə qələbə qazanıb. Osmanı növbəti döyüşdə daha ciddi rəqib gözləyir. Milli komandamızın üzvü rusiyalı İslam Edisultanovla qarşılaşacaq. Qeyd edək ki, milliyətcə çeçen olan Edisultanov son Rusiya çempionatının gümüş mükafatçısıdır.
91 kq-da yarışan Teymur Məmmədov ilk mərhələdə macar Yozef Darmoşla qarşılaşıb. İlk raundda 6 xal öndə olan boksçumuz rəqibini bir dəfə noqdauna da salıb. 3-cü hissədə olduqca zəif təsir bağışlayan Teymur rəqibin qüvvətli zərbələri ilə üzləşib. Görüş 20:20 hesabı ilə başa çatsa da, hakimlər qələbəni boksçumuza verib.

0
0