Yığmamızı məğlub edən komanda yarımfinalda
19.06.2011 - 13:32
Yığmamızı məğlub edən komanda yarımfinalda
21 yaşadək futbolçular arasında Avro-2011-in ilk yarımfinalçıları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, A qrupunda keçirilən 3-cü turun oyunlarından sonra İsveçrə və Belarus milliləri növbəti mərhələyə yüksəliblər.

İsveçrəlilər belarusluları 3:0 hesabı ilə yenərək qrup oyunlarını 100 faizli nəticəylə başa vurub. İslandiyanın Danimarka üzərində 3:1 hesablı qələbəsi isə digər 3 komandanın eyni sayda – 3 xala və eyni top fərqinə (3:5) malik olmasına imkan yaradıb. Əlavə göstəriciləri daha yaxşı olan Belarus qrup 2-cisi olub.

Qeyd edək ki, Belarus Avro-2011-in seçmə mərhələsində Azərbaycan milli komandası ilə eyni qrupda mübarizə aparıb. Yarımfinalçılar yığmamızı hər 2 oyunda udmuşdu – 3:2 və 1:0. Belarusu növbəti mərhələyə çıxaran İslandiya isə Avro-2013-ün seçmə mərhələsində millimizlə rəqibdir.

1. İsveçrə 3 3 0 0 6-0 9
2. Belarus 3 1 0 2 3-5 3
3. Uslandiya 3 1 0 2 3-5 3
4. Danimarka 3 1 0 2 3-5 3