Patrik Vieyra “Qəbələ”nin təklifindən imtina etdi
19.06.2011 - 20:42
İngiltərənin “Mançester Siti” klubu ilə yollarını ayıran Patrik Vieyra Azərbaycana gəlməkdən imtina edib. Apasport.az saytının məlumatına görə, 35 yaşlı futbol əfsanəsi “Qəbələ” klubuna gəlmək təklifinə “yox” deyib.
Böyük Britaniya mətbuatının yazdığına görə, təmsilçimizin baş məşqçisi Toni Adams vaxtilə İngiltərə “Arsenal”ında çiyin-çiyinə oynadığı Vieyranı komandasında görmək istəyib. Vieyraya “Qəbələ”də Adamsın köməkçisi postu təklif edilib. Lakin Fransa milli komandasının əfsanəvi oyunçusu bu təklifi qəbul etməyib.
Qeyd edək ki, Patrik 1998-ci ildə dünya, 2000-ci ildə Avropa çempionu titulunu qazanıb. O, 1996-2005-ci illərdə “Arsenal”da çıxış edib ki, Adams da karyerasını bitirdiyi 2002-ci ilədək bu komandanın kapitanı olub.

0
0