“Köhnə dostu Toni Adams da onu fikrindən daşındıra bilməz”
19.06.2011 - 21:27
Əfsanəvi futbolçu Patrik Vieyranın “Qəbələ” klubunda məşqçi işləməkdən imtina etməsinin səbəbi məlum olub. Apasport.az saytının xəbərinə görə, bu barədə məlumatı Böyük Britaniya mətbuatına fransalıya yaxın olan mənbələr verib. Onlar bildirib ki, Azərbaycanda yaşamaq Vieyranın xəyallarına uyğun deyil.
Mənbənin sözlərinə görə, “Mançester Siti”də qapı göstərilən Patrik “Arsenal”a məşqçi kimi qayıtmaq və ya MLS-də çıxış edən “New York Red Bulls” klubunda oynamaq arasında seçim edir: “Patrik özü də məşqçiliyə başlamaqda maraqlıdır. Lakin futboldan uzaq ölkələrdə çalışmaq onu cəlb etmir. Hətta köhnə dostu Toni Adamsın dəvəti də onu fikrindən daşındıra bilməz. Bunun əvəzində İngiltərədə məşqçilik etməsi daha məqsədəuyğundur. Hələ Roberto Mançini ilə danışıqlardan çox şey asılıdır. Çünki “Mançester Siyi”də də məşqçi kimi çalışması mümkündür. Lap elə “Arsenal”a Arsen Vengerin köməkçisi kimi qayıda bilər”.

0
0