Qyoko Hacıyevski Azərbaycana qayıdır
20.06.2011 - 08:42
Azərbaycan milli komandasının avqustun 10-da Bakıda yoldaşlıq görüşü keçirəcəyi Makedoniya yığmasının baş məşqçisi Mirsad Yonuz istefaya göndərilib. Apasport.az saytının məlumatına görə, 6 il Makedoniyanın gənclər, 2009-cu ilin mayından isə əsas yığmasını çalışdıran təcrübəli mütəxəssisin vəzifəsindən azad edilməsi ilə bağlı qərar ölkənin futbol federasiyasının İcraiyyə Komitəsinin iclasında yekdilliklə qəbul olunub. Buna səbəb millinin cari seçmə mərhələdə uğursuz nəticələri göstərilib.
Bu postda sloveniyalı Sreçko Katanetsi əvəzləmiş Yonuzun yerinə 4 namizəd var ki, bunlardan biri bizlərə çox yaxşı tanışdır. Söhbət ölkəmizdə çalışmış makedoniyalı mütəxəssis Qyoko Hacıyevskidən gedir. “Bakı”nı 2009-cu ildə çempion edən, “Simurq”u ötən mövsüm Premyer Liqada saxlaya bilməyən, 3 oyunda milli komandamızın da sükanı arxasında olan 56 yaşlı çalışdırıcının rəqibləri Slobodan Santraç, Veselin Vuyoviç və Qore Yovanosvkidir. Makedoniya yığması tarixi ərzində ən yaxşı nəticəni 1996-99-cu illərdə onun baş məşqçisi olmuş məhz Hacıyevskinin vaxtında qazanıb. Mayda “Simurq”la yollarını ayıraraq, vətəninə dönən Hacıyevskinin təyinatı reallaşarsa, tezliklə ölkəmizə, ancaq bu dəfə rəqib baş məşqçi kimi qayıdacaq.
Qeyd edək ki, Makedoniya yığmasına ölkəmizdən “Neftçi”nin futbolçuları – müdafiəçi İqor Mitreski ilə yarımmüdafiəçi Slavço Georgiyevski, habelə ötən mövsümü Bakının “İnter” klubunda keçirən orta sahə oyunçusu Filip Despotovski cəlb olunur.

0
0