Bülənt Uyğun azərbaycanlılarla görüşdü, uğurlar arzuladı
20.06.2011 - 09:37
Türkiyənin “Əskişəhərspor” klubunun baş məşqçisi Bülənt Uyğun azərbaycanlı məktəblilərlə görüşüb. Apasport.az saytının məlumatına görə, qardaş ölkədə 9-cu beynəlxalq olimpiadada iştirak etmək üçün Sivasa gələn, şəhərin Superliqada təmsilçisi olan “Sivasspor” klubuna ziyarət edənlər arasında ölkəmizdən gələnlər də var. Görüşdə iştirak etmək üçün gələn Uyğun məşqçilikdə ilk addımlarını məhz “Sivasspor”a atıb və bu, çox uğurlu olub.
Klubun bazasında “Sivasspor”un rəhbərliyi ilə iştirakı ilə görüşdə həmyerlimiz diqqət mərkəzinə düşüb. Belə ki, 12 yaşlı Səbuhinin söylədiyi türkünü hər kəs bəyənib. Rəhbərliklə söhbətdən sonra bazanı gəzən məktəblilər orada gördüklərinə heyran qalıb. Sonda onlara və müəllimlərinə “Sivasspor”un forması hədiyyə olunub. Qonaqlar bundan sonra könüllərinin bu komanda ilə olduğunu və onu sıx izləyəcəyini bildiriblər. Uyğun və “Sivasspor”da rəhbərliyi altında oynamış keçmiş kapitan Mehmet Yıldızla onlarla söhbətləşərək, uğurlar arzulayıb.
Qeyd edək ki, Uyğun “Sivasspor”da İlqar Qurbanovun, ötən mövsüm “Əskişəhərspor”da Rəşad Sadıqovun baş məşqçisi olub.

0
0