Milli komandamız Ukraynada məğlubiyyətləri sıralayır
20.06.2011 - 09:24
Milli komandamız Ukraynada məğlubiyyətləri sıralayır
Azərbaycanın çimərlik futbolu üzrə milli komandamız Ukraynada məğlubiyyətləri sıralayır. Apasport.az saytının məlumatına görə, Kiyevdə təlim-məşq toplanışında olan millimiz 3-cü yoldaşlıq görüşündə də Ukrayna yığmasına uduzub. Bu dəfə hesab 5:2 meydan sahiblərinin xeyrinə olub. Komandamızdan qolları Əbdül Əliyevlə Namiq Həsənov vurub.
Qeyd edək ki, yığmamız iyunun 17-də və 18-də ukraynalılarla görüşlərində müvafiq olaraq 1:4 və 4:5 hesabı ilə məğlub olublar.
Mənbə: affa.az