“Sent Qallen” futbolçularımıza rəqib oldu
20.06.2011 - 10:09
“Sent Qallen” futbolçularımıza rəqib oldu
17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Almaniyaya gedəcək. Apasport.az saytının məlumatına görə, Sissi Raytın yetirmələri iyunun 22-dən iyulun 3-dək Münhen şəhərində təlim-məşq toplanışında olacaq.

Komandamız hazırlıq prosesi çərçivəsində Ka-Cup turnirində iştirak edəcək. Yığmamızla yanaşı, turnirdə “Sent Qallen” (İsveçrə), “Sürix Vomen” (Isveçrə), “USC Landhaus” (Avstriya), “Vakker Munhen” (Almaniya) klublarının U-17 komandaları ilə görüşəcək.