Yığmamızın rəqibi qrupda qaldı
20.06.2011 - 10:30
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avro-2011-in qrup mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, B qrupunda son 2 matç keçirilib. Qrupun lideri İspaniya yığması Ukraynaya “dərs keçib” – 3:0. Avro-2013-ün seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan İngiltərə isə Çexiya ilə görüşdə hesabı açsa da məğlub olub – 1:2. Bununla da digər rəqibimiz İslandiya kimi futbolun yaradıcıları da qrupda qalıblar.
Qeyd edək ki, iyunun 22-də baş tutacaq yarımfinallarda İspaniya – Belarus və isveçrə - Çexiya oyunları keçiriləcək.
1 | İspaniya | 3 | 2 | 1 | 0 | 6-1 | 7 |
|---|---|---|---|---|---|---|---|
2 | Çexiya | 3 | 2 | 0 | 1 | 4-4 | 6 |
3 | İngiltərə | 3 | 0 | 2 | 1 | 2-3 | 2 |
4 | Ukrayna | 3 | 0 | 1 | 2 | 1-5 | 1 |
Qeyd edək ki, iyunun 22-də baş tutacaq yarımfinallarda İspaniya – Belarus və isveçrə - Çexiya oyunları keçiriləcək.
0
0