“Qarabağ”ın rəqibi yüksək liqaya necə yüksəlib?
20.06.2011 - 16:46
“Qarabağ”ın Avroliqada rəqibi olan “Banqa” 2009-cu ildən Litvanın yüksək liqasında oynayır. Apasport.az saytının məlumatına görə, 2 il öncə “Kaunas”la “Atlantas”ın elitada çıxış etməkdən imtinasından sonra rəqibimizin güclülər dəstəsinə yolu açılıb.
Buna qədər “Banqa” 1994-2000-ci illərdə yüksək liqada çıxış edirdi. Komandanın məskunlaşdığı Qarqcay şəhərində stadionu cəmi 800 nəfər tutuma malikdir. “Banqa”nın tarixi 1966-cı ildə başlasa da, 2006-cı ildə yenidən yaradılıb. Dainius Şatkusun prezidenti olduğu klubu Litvanın ən məşhur futbolçularından olmuş hücumçu Arminas Narbekovas çalışdırır. Komanda ötən çempionatı 39 xalla 6-cı yerdə bitirib.
Qeyd edək ki, “Banqa”nın 15 turdan sonra 22 xalı var. 6 dəfə qalib gələn, 4 dəfə heç-heçə edən, 5 dəfə uduzan komandanın top fərqi 23-15-dir.

0
0