Mirça Rednik yəhudiləri ram etməyin yolunu bilir
20.06.2011 - 16:59
Avroliqanın II təsnifat mərhələsində Təl-Əviv “Makkabi”si ilə görüşəcək “Xəzər Lənkəran” klubunun baş məşqçisi Mirça Rednik əvvəllər də avrokuboklarda israillilərlə qarşılaşıb. Apasport.az saytının məlumatına görə, hələ Buxarest “Dinamo”sunu çalışdırarkən Rednikin yetirmələri “Beytar”la qarşılaşıb.
Onda da indi olduğu kimi bu matç UEFA kubokunun II təsnifat mərhələsinə təsadüf edib. Evdə 1:0 hesabı ilə qalib gələn Rednikin komandası “Müqəddəs torpaq”dan heç-heçə ilə qayıdaraq, mərhələni keçib – 1:1.

0
0