İsrail təmsilçiləri ilə 3-cü duel
20.06.2011 - 17:27
Azərbaycan klubları avrokuboklar tarixində 3-cü dəfə İsrail təmsilçisi ilə görüşəcək. Apasport.az saytının məlumatına görə, Təl-Əviv “Makkabi”si ilə üz-üzə gələcək “Xəzər Lənkəran”a qədər “Qarabağ” və “Simurq” yəhudilərlə qarşılaşıb.
1999/2000 mövsümünün İntertoto kubokunda Hayfa “Makkabi”si ilə görüşən ağdamlılar səfər qolu sayəsində mərhələ adlamışdı. Təmsilçimiz səfərdə 2:1 hesabı ilə qalib gəldikdən sonra Bakıda 0:1 hesabı ilə uduzsa belə, növbəti mərhələyə vəsiqənin sahibi olmuşdu.
2009/10 mövsümündə isə Avroliqada “Bney Yehuda” Bakıdan 1:0 hesabı ilə qalib ayrılmışdı. “Simurq”a qalib gələn israillilər öz meydanında daha çox – 3 cavabsız qol vurmuşdu.

0
0