“Bakı”dan qovulan məşqçi Tailand yığmasında
21.06.2011 - 18:23
“Bakı” klubunun sabiq baş məşqçisi Vinfrid Şafer özünə yeni komanda tapıb. Apasport.az saytının məlumatına görə, “zolaqlılar”ın qovduğu almaniyalı mütəxəssis karyerasını Tailandda davam etdirəcək. O, bu ölkənin əsas komandasını çalışdıracaq.
Tailand Futbol Federasiyası 61 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalayıb.
Qeyd edək ki, ötən ilin iyununda “Bakı”nın “sükanı arxası”na keçən “Şafer” uğursuzluq səbəbindən dekabrda istefaya göndərilmişdi.

0
0