“Kaş ki, bütün dünya “Barselona” kimi olaydı”
22.06.2011 - 09:20
“Kaş ki, bütün dünya “Barselona” kimi olaydı”
Dünya şöhrətli müğənni Şakira İspaniyanın “Barselona” klubuna özünəməxsus qiymət verib. Apasport.az saytının məlumatına görə, kolumbiyalı xanım pərəstişkarı olduğu komandanı ağız dolusu tərifləyib.

O bildirib ki, dünya Kataloniya təmsilçisinə oxşasaydı, bundan qat-qat yaxşı olardı: “Mən çox istərdim ki, dünya “Barselona” kimi fəaliyyət göstərərdi. Onda biz ayrıseçkilik, hüquqların tapdalanması ilə mübarizədə qalib gələrdik”.

Qeyd edək ki, Şakira “Barsa”nın və İspaniya yığmasının müdafiəçisi Xerard Pikenin nişanlısıdır.