“Dinamo” ilə həmin vaxt qarşılaşsaydıq, heç bir şansımız olmazdı”
22.06.2011 - 16:38
“Püşkatmadan əvvəl ümid edirdim ki, sabiq Yuqoslaviyadan olan komandalardan biri ilə düşə bilərik. İlk növbədə “Partizan”ı düşünürdüm. Zaqreb “Dinamo”su isə heç ağlıma belə gəlmirdi”. Apasport.az saytının məlumatına görə, bunun “Neftçi”nin serbiyalı qapıçısı Saşa Stamenkoviç deyib.
Bakı klubunun az öncə heyətinə qatdığı 26 yaşlı əlcək ustası Çempionlar Liqasının püşkatmasına münasibət bildirib. O, II təsnifat mərhələsində qarşılaşacaqları Xorvatiya “Dinamo”su ilə oyunda şansları bərabər sayıb: “Bir müddət öncə Zaqreb təmsilçisi Avropada çox uğurla çıxış edirdi. Onlarla həmin vaxt qarşılaşsaydıq, heç bir şansımız olmazdı. Amma indi bizim də yaxşı komandamız var. Əminəm ki, cütün qalibi 180 dəqiqənin yekununda bilinəcək”.
Qeyd edək ki, “Dinamo” – “Neftçi” görüşü iyulun 13-də keçiriləcək.

0
0