Erməni futbolçu “Neftçi” klubunu unudub, “Xəzər Lənkəran” və “İnter”i göstərdi
22.06.2011 - 17:54
Erməni futbolçu “Neftçi” klubunu unudub, “Xəzər Lənkəran” və “İnter”i göstərdi
“Hələlik uğur qazanıb-qazanmayacağımız barədə heç nə deyə bilmərəm”. Apasport.az saytının xəbərinə görə, bunu Avroliqanın I təsnifat mərhələsində UEFA-nın “Olimpik-Şüvəlan” kimi təqdim etdiyi AZAL-ın rəqibi olan “Minsk” klubunun erməni əsilli oyunçusu Andrey Xaçaturyan deyib.

O bildirib ki, rəqib haqda məlumatı məşqçilər korpusu toplayır: “Bu komanda şəxsən mənə tanış deyil. Ancaq rəqibin gücünü bununla ölçmək olmaz. Biz Avroliqaya debüt oyunundaca mübarizəni dayandırmaq üçün vəsiqə qazanmamışıq. Püşkatmada kimin bəxtinin gətirdiyini oyunun nəticəsi göstərəcək”.

Xaçaturyan bildirib ki, Azərbaycanın güclü və stabil komandaları var: “Azərbaycanlılar Sovet futbol məktəbinin məzunlarıdır. Məsələn, “Xəzər Lənkəran” və “İnter” “Birlik kuboku”nu qazanıblar. Azərbaycan çempionatında çoxlu legionerlər çıxış edir. Ona görə də bu ölkə komandalarının oyun üslubu rəqib üçün gözlənilməz olur”.

Qeyd edək ki, təmsilçilərimizdən “Birlik kuboku”nu öncə “Neftçi” klubu qazansa da, Xaçaturyan yalnız iki komandanın adını çəkib.