Ağayevin komandası “üçüncü” pillədə
23.06.2011 - 09:21
Azərbaycan milli komandasının sabiq futbolçusu Emin Ağayevin baş məşqçisi olduğu “Daqdizel” klubu Rusiya çempionatında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, II divizionun Cənub zonasında keçirilən 9-cu turda Kaspiysk təmsilçisi Armavir “Torpedo”su ilə qarşılaşıb. Ağayevin komandası öz meydanında 0:1 hesabı ilə uduzub. Bu, komandanın Ağayevin rəhbərliyi altında ilk ev məğlubiyyətidir.
Bu məğlubiyyətdən sonra “Daqdizel” 16-cı pilləyə düşüb. 9 oyundan sonra hesabında 7 xal olan kaspiysklilər 18 komanda arasında sonuncudan 3-cüdürlər.
Bu məğlubiyyətdən sonra “Daqdizel” 16-cı pilləyə düşüb. 9 oyundan sonra hesabında 7 xal olan kaspiysklilər 18 komanda arasında sonuncudan 3-cüdürlər.
0
0