Yığmamız 6-cı səbətdə
01.07.2011 - 23:01
Yığmamız 6-cı səbətdə
2012-ci ildə Tailandda keçiriləcək futzal üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin püşkatması ərəfəsində UEFA komandaları səbətlərə bölüb. Apasport.az saytının məlumatına görə, iyulun 7-də baş tutacaq püşkatmada 41 komanda 10 səbətə bölünəcək. Bunlardan 5-i təsnifat, 5-i əsas mərhələ üçün nəzərdə tutulub.

Təsnifat mərhələsi

1-ci səbət(meydan sahibləri): Makedoniya (gücünə görə 1-ci səbət), Latviya (1), Gürcüstan (2), Bolqarıstan (2), Estoniya (3)
2-ci səbət (4): Malta, Norveç, San Marino, İsveçrə
3-cü səbət (3): Albaniya, Çernoqoriya, Ermənistan, İngiltərə
4-cü səbət (2): Fransa, Andorra, Kipr, Türkiyə
5-ci səbət (1): Yunanıstan, Moldova, Finlandiya

Bu mərhələdə 20 komanda 5 qrupda mübarizə aparacaq. Püşk zamanı meydan sahiblərinin hərəsi 1 qrupa daxil ediləcək. Həmin komandanın gücünə görə hansı səbətə aid olmasından asılı olaraq uyğun 3 səbətdən rəqibləri seçiləcək.

Eyni prosedura əsas mərhələnin püşkatmasında da davam edəcək. Meydan sahiblərinin yer aldığı 6-cı səbətdə qərarlaşan Azərbaycan milli komandası gücünə görə 2-ci səbətə aiddir. Bu isə o deməkdir ki, yığmamız gücünə əsasən 1, 3 və 4, yəni ümumilikdə 7, 8 və 10-cu səbətlərdəki komandalarla qarşılaşacaq.

Əsas mərhələ

6-cı səbət (meydan sahibləri): İtaliya (1), Portuqaliya (1), Çexiya (1), Azərbaycan (2), Macarıstan (2), Sloveniya (2), Bosniya və Herseqovina (3)
7-ci səbət (4): təsnifat mərhələsinin 5 qrup qalibi və 2 ən yaxşı 2-ci komanda
8-ci səbət (3): Xorvatiya, Hollandiya, Polşa, Qazaxıstan, İsrail, Litva
9-cu səbət (2): Rumıniya, Belarus, Belçika, Slovakiya
10-cu səbət (1): İspaniya, Rusiya, Ukrayna, Serbiya

Əsas mərhələdə öz qruplarında ilk 2 yeri tutan komandalar pleyoff mərhələsinə vəsiqə qazanacaq. Ev-səfər prinsipi ilə baş tutacaq bu matçlardan sonra mundiala yollanacaq 7 xoşbəxt məlum olacaq. Pley-offda qrup qalibləri ikincilərlə görüşəcək.

Təqvim

Təsnifat mərhələsi – 20 komanda – 19-23.10.2011
Əsas mərhələ - 28 komanda – 14-18.12.2011
Pley-off – 14 komanda – 25-28.03.2011 və 8-11.04.2011