“Qəbələ” 4-cü oldu
01.07.2011 - 19:46
“Qəbələ” 4-cü oldu
“Qəbələ”nin 13 yaşa qədər futbolçulardan ibarət komandası “Obolon” turnirindəki çıxışını yekunlaşdırıb. Apasport.az saytının xəbərinə görə, bu gün bürünc medallar uğrunda mübarizədə “Kiyev”lə qarşılaşan təmsilçimiz 0:2 hesabı ilə məğlub olub. Beləliklə, “Qəbələ” yekunda 4-cü yerlə kifayətlənməli olub.