“Neftçi”nin rəqibi milli futbolçusunu itirir
01.07.2011 - 23:03
“Neftçi”nin rəqibi milli futbolçusunu itirir
Çempionlar Liqasında “Neftçi”nin rəqibi olan “Dinamo” heyətində futbolçulardan biri ilə yollarını ayıra bilər. Apasport.az saytı xəbər verir ki, Çili yığmasının üzvü Pedro Moralesə ölkəsindən sərfəli təklif gəlib.

“Universidad de Çili” yarımmüdafiəçini heyətinə qatmaq niyyətindədir. Heyətini gücləndirməyi qarşısına məqsəd qoyan komanda bu məqsədlə “Dinamo”da çıxış edən Moralesə dəvət göndərib.

Xorvatiya çempionu Pedronu 2008-ci ildə məhz “Universidad de Çili”dən transfer edib.

Qeyd edək ki, ötən mövsüm Pedro “Dinamo”nun heyətində 28 matçda forma geyinib.