Zaqreb “Dinamo”sunun baş məşqçisi xoşagəlməz olayla üzləşdi
01.07.2011 - 23:05
Sloveniyanın Maribor şəhərində “Neftçi” ilə oyuna hazırlaşan “Dinamo”nun baş məşqçisi Krunoslav Yurciç xoşagəlməz olayla üzləşib. Apasport.az saytı xəbər verir ki, gənc mütəxəssisin telefonu oğurlanıb.
O, verdiyi açıqlamada hadisənin komandanın yer aldığı hoteldə baş verdiyini düşünür: “Bu, inanılmazdır ki, hoteldə bu hadisə baş verir. Əgər mən telefonu Zaqrebdə avtobusda itirsə idim, onu mənə təhvil verərdilər”.
Qeyd edək ki, “Dinamo” bu hazırlıq mərhələsində iyulun 5-də “Bakı” ilə yoxlama matçında qüvvəsini sınayacaq.

0
0