Verpakovski rəsmən “Bakı”da
02.07.2011 - 08:50
Verpakovski rəsmən “Bakı”da
"Bakı" futbol klubu yeni transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, bu, Kiyev “Dinamo”sundan transfer olunan Maris Verpakovskidir. Latviya milli komandasının hücumçusu ilə iki illik müqavilə imzalanıb.

Verpakovski 1979-cu ilin 15 oktyabr tarixində anadan olub. 31 yaşlı Verpakovskis karyerası ərzində Latviyanın "Baltika", "Metallurq", "Skonto" klublarının formasını geyib. 2003-cü ildən Kiyev "Dinamo"suna transfer olunub. Maris 2007-2008-ci illərdə İspaniyanın "Xetafe" və "Selta", Xorvatiyanın "Hayduk" və Yunanıstanın "Erqotelis" klublarında oynayıb.

Maris Latviya milli komandasının heyətində 86 oyun keçirib və 28 qola imza atıb. Verpakovski 3 dəfə (2001, 2002, 2003) Latviya çempionu tituluna sahib çıxıb, Latviya Kubokunun 2 qat (2001, 2002) sahibidir. 2004-cü ildə "Dinamo" (Kiyev) ilə Ukrayna çempionu titulunu qazanıb, 2005-2006-cı illərdə ardıcıl 2 dəfə Ukrayna kubokunu başı üzərinə qaldırıb.

Futbolçu 2004-cü il Avropa çempionatının final mərhələsinin iştirakçısıdır. 2003 və 2004-cü illərdə Latviyanın ən yaxşı futbolçusu seçilib.
Mənbə: fcbaku.com