Argentina yığması yenə üzüntü içində
02.07.2011 - 10:00
Argentinada keçirilən Amerika kubokuna start verilib. Apasport.az saytının məlumatına görə, yarışın ilk günündə meydan sahibləri ilə Boliviya milli komandası qarşılaşıb. Neçə illərdir yığma səviyyəsində uğura həsrət olan Lionel Messinin lideri olduğu komanda zəif rəqibi ilə oyunda 1 xalı da güclə qazanıb. 48-ci dəqiqədə Edivaldonun qoluna məyus olan argentinalılar yalnız final fitindən 14 dəqiqə əvvəl Aqueronun topu sayəsində məğlubiyyətdən qaçıb – 1:1.
0
0