“Xəzər Lənkəran”ın rəqibindən darmadağın
02.07.2011 - 11:02
“Xəzər Lənkəran”ın rəqibindən darmadağın
Avroliqanın II təsnifat mərhələsində “Xəzər Lənkəran”ın rəqibi olan İsrailin “Makkabi” (Təl-Əviv) klubu yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, israillilər Almaniyanın “Borussiya” (Mönhenqladbax) komandasının 23 yaşlılardan ibarət heyəti ilə görüşüb. “Makkabi” bu qarşılaşmada rəqibini 3:0 hesabı ilə darmadağın edib. Bütün qolları vaxtilə “Borussiya”da oynamış futbolçular vurub. Alberman 13, Kolautti isə 25 və 63-cü dəqiqələrdə almanları məyus edib.