Premyer Liqamızda oynamış futbolçu 5-ci liqaya getdi
02.07.2011 - 12:01
Premyer Liqamızda oynamış futbolçu 5-ci liqaya getdi
“Qəbələ” klubunun sabiq futbolçusu Əlhəssən Banqura özünə yeni komanda tapıb. Apasport.az saytının məlumatına görə, 23 yaşlı yarımmüdafiəçi karyerasını İngiltərədə davam etdirəcək. Syerra-Leone yığmasının üzvü “Forest Qrin Rovers” klubu ilə 2 illik müqavilə imzalayıb. Bu komanda İngiltərə çempionatının 5-ci liqasında çıxış edir.

Qeyd edək ki, Banqura Azərbaycan Premyer Liqasında 5 oyun keçirib.