“Neftçi” – “Dinamo” oyununda penaltilər seriyası
02.07.2011 - 13:32
Çempionlar Liqasının II təsnifat mərhələsində Azərbaycan çempionu “Neftçi” ilə qarşılaşacaq Xorvatiyanın “Dinamo” klubu qarşılaşmalara hazırlığını davam etdirir. Apasport.az saytının məlumatına görə, Zaqreb təmsilçisi iyulun 13-də öz meydanında, 19-da Bakıda baş tutacaq görüşlər ərəfəsində əsasən standart vəziyyətlər üzərində çalışmalarla hazırlaşır.
20-25 metrdən vurulan cərimə zərbələrinin, künc zərbələrinin üzərində işləyən zaqreblilər penaltiləri də məşq edib. Bakıdakı cavab oyununda hər şeyin penaltilər seriyasında həll olunmasını istisna etməyən Krunoslav Yurçiç yetirmələrinin buna ahzır olmasını istəyir.

0
0