Litvada tarix yazan komanda Bakıda
02.07.2011 - 12:35
Litvada tarix yazan komanda Bakıda
Avroliqanın I təsnifat mərhələsinin ilk oyununda Litva “Banqa”sını 4:0 hesabı ilə darmadağın edən “Qarabağ” klubu artıq Bakıya qayıdıb. Apasport.az saytının məlumatına görə, Riqa – İstanbul – Bakı reysiylə paytaxta dönən komanda səhər 5 raddələrində Azərbaycana qədəm basıb. Səhərin erkən saatları olmasına baxmayaraq Azərbaycanın avrokuboklarda ən uğurlu təmsilçisini azarkeşlər də qarşılayıb. Tərəfdarlar futbolçulara sevgi və alqışlara qonaq ediblər.

Qeyd edək ki, “Qarabağ” bu gün istirahət edəcək. Sabahdan etibarən isə komanda “Banqa” ilə cavab oyununun hazırlıqlarına başlayacaq.

Mənbə: qarabagh.com