“Neftçi” qələbəni əldən verdi
02.07.2011 - 22:53
Çempionlar Liqasının II təsnifat mərhələsində Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu ilə oyunlara hazırlaşan "Neftçi" Avstriyadakı təlim-məşq toplanışında ilk yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, rəqib Albaniya çempionu "Skenderbu" olub.
Oyun 1:1 hesabı ilə başa çatıb. Hesabı 45-ci dəqiqədə Flavinyo açıb. O, Emil Mpenzaya qarşı kobudluğa görə təyin edilmiş penaltini dəqiq yerinə yetirib. Lakin flaqman üstünlüyünü qoruya bilməyib. 85-ci dəqiqədə Şpetim cərimə zərbəsindən sonra hesabı bərabərləşdirib.

0
0