Ramos komandasına qələbə qazandırdı
03.07.2011 - 10:07
Argentinada təşkil olunan Amerika kubokunda daha bir oyun keçirilib. Apasport.az saytının məlumatına görə, yarışın ikinci günündə 1 qarşılaşma baş tutub. Bu dəfə Kolumbiya və Kosta-Rika milli komandaları üz-üzə gəliblər. Görüşün taleyini 1 qol həll edib. Kolumbiyalılar 1-ci hissədə vurulan qolla qalib gəliblər – 1:0. Bu qolu matçın 45-ci dəqiqəsində Ramos vurub.
0
0