Juninyo “Bakı”nı məyus etdi
03.07.2011 - 10:32
Juninyo “Bakı”nı məyus etdi
Sloveniyada təlim-məşq toplantısı keçirən "Bakı" klubu ilk yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, paytaxtın eyniadlı təmsilçisi Sloveniya vitse-çempionu və kubokunun qalibi "Domjale" ilə görüşüb. 320 azarkeşin izlədiyi matçda doğma “Domjale” stadionuna çıxan balkanlılar 2:0 hesabı ilə qalib gəlib. Sloveniyalıların qollarını 18-ci dəqiqədə Juninyo və 1 saat sonra Horvat vurublar.

“Bakı” matça bu heyətlə başlayıb: Marko Şarliya, Vadim Borets, Cəmşid Məhərrəmov, Aleksey Savinov, Stevan Bates, Fabio Luis Ramim, Aleksandar Soliç, İbrahim Karqbo, Rəhman Hacıyev, Vyaçeslav Sofroni, Nurlan Novruzov. Baş məşqçi Aleksandr Starkov sonradan Novruz Məmmədov, Nicat Abdullayev, Uinston Parks, Emin Cəfərquliyev və Şəhriyar Əliyevə də şans verib.