Rodriqinyo Zaqreb “Dinamo”su ilə oyunu buraxa bilər
03.07.2011 - 13:25
Rodriqinyo Zaqreb “Dinamo”su ilə oyunu buraxa bilər
“Neftçi” Çempionlar Liqasında Zaqreb “Dinamo”su ilə qarşılaşmalarda braziliyalı futbolçu Rodriqinyonun xidmətindən istifadə etməyə bilər. Apasport.az saytının xəbərinə görə, yarımmüdafiəçi Albaniya çempionu “Skenderbu” ilə dünənki yoxlama matçında (1:1) zədələnib. 49-cu dəqiqədə xəsarət alaraq meydandan çıxarılan futbolçunun meydana nə vaxt qayıdacağı hələlik bəlli deyil.