Arif Əsədov: Əsas odur ki, istədiyimi uşaqlardan aldım
03.07.2011 - 15:05
Arif Əsədov: Əsas odur ki, istədiyimi uşaqlardan aldım
“Nəticə önəmli deyildi, əsas odur ki, istədiyimi uşaqlardan aldım". Apasport.az saytının xəbərinə görə, bunu Avstriyada təlim-məşq toplanışında olan "Neftçi" klubunun baş məşqçisi Arif Əsədov Albaniya çempionu "Skenderbu" ilə yoxlama oyunundan sonra deyib.

Əsədov 1:1 hesabı ilə başa çatan qarşılaşmadan razı qaldığı bildirib: "Bu oyunda əsas məqsədimiz birinci hissədə bir heyət, ikinci hissədə, xüsusilə 60-cı dəqiqədən sonra digər heyəti yoxlamaq idi. Qarşılaşma yaxşı alındı. Uşaqların həm birinci, həm də ikinci hissədəki oyunlarından razı qaldım. Temp və sürət var idi. Albaniya klubu da yaxşı oyun sərgilədi. Ümumiyyətlə, maraqlı görüşün şahidi olduq”.