Albaniya çempionu Flavinyonu bəyəndi
03.07.2011 - 15:09
Albaniya çempionu Flavinyonu bəyəndi
"Komandanızdan çox xoşum gəldi. Bütün mövqelərdə güclü oyunçularınız var. Ancaq 9 nömrənizi (Flavinyonu nəzərdə tutur) xüsusilə fərqləndirərdim". Apasport.az saytının xəbərinə görə, bunu "Neftçi" ilə yoxlama oyunundan sonra Albaniya çempionu "Skenderbu"nun baş məşqçisi Şpetim Duro deyib.

O, öz komandası ilə bağlı bunları bildirib: "Bu, bizim Avstriyada keçirdiyimiz ikinci yoxlama oyunumuz idi. Ümumiyyətlə, komandamdan razıyam, çünki iki gün ərzində iki oyun keçirmişik. Həftənin sonunadək daha bir görüşümüz var. Bir neçə futbolçu transfer etməyi planlaşdırırıq".