“İnter” həmişə ancaq zirvə haqqında düşünür”
03.07.2011 - 18:44
“İnter” həmişə ancaq zirvə haqqında düşünür”
Bakının “İnter” klubunun futbolçusu Samir Zərgərov komandasının rəsmi internet saytına müsahibə verib. Apasport.az-ın məlumatına görə, paytaxt təmsilçisinin yeni transferi komandanın heyətində keçirdiyi ilk günlərin təəssüratlarını bölüşüb.

- Samir, “İnter”ə keçidiniz necə alındı?
- “İnter” klubu məni öz sıralarında görmək istədi, mən də öz növbəsində bu təklifə müsbət cavab verdim. Demək istərdim ki, bu komanda məni hələ qışda öz heyətinə qatmaq istəyirdi, lakin o zaman oynadığım “Gəncə” klubu məni buraxmadı. Mövsüm başa çatandan sonra bu klubla olan müqaviləm bitmişdi və mən “İnter”lə anlaşdım.

- Bizdə olan məlumata görə sizinlə bir neçə klub yaxından maraqlanırdı, amma siz məhz “İnter”i seçdiniz..
- Hə, bu tamamı ilə doğrudur. Mənimlə bir neçə klub maraqlansa da, üstünlüyü “İnter”ə verdim. Fikirimcə, bu klubda mənə oynamaq rahat olacaq.

- Fikirinizcə, “İnter” klubunun sizə qarşı olan marağı nədən irəli gəlib?
- Ötən mövsüm mənim üçün yaxşı keçib. Yaxşı oyun sərgiləyə bildim, bir neçə görüşdə,o cümlədə də “İnter”lə matçda fərqlənə bildim. Məncə bütün bunlar məni “İnter” klubunun marq dairəsinə saldı.

- Siz hətta sentyabr ayında Premyer Liqanın ən yaxşı oyunçusu adına layıq görülmüsünüz...
- Bəli, bir də qeyd edim ki, ötən mövsümü karyeramın ən parlaq mövsümü kimi dəyərləndirmək olar. Mən çox istərdim ki, növbəti mövsümdə bundan da böyük uğurlara imza atım.

- Komanda artıq bir araya Türkiyədə toplaşıb. Yeni kollektivdə adaptasiya prosesi necə keçdi?
- Burda adaptasiyaya heç ehtiyac da olmadı. Özümü tez zamanda komandanın bir hissəsi kimi hiss elədim, bir sözlə, hər şeyə tez öyrəşdim.

- “İnter”ə gəlməmışdən əvvəl bu komandanın hansı futbolçularını yaxından tanıyırdınız?
- “Gəncə” klubunda bir yerdə oynadığım Xəyal Mustafayevi tanıyırdım. Bundan başqa Şəhriyar Rəhimovla Asif Məmmədovu də tanıyırdım. İndi isə klubun digər futbolçuları ilə də tanış olmuşam və onlara, məni yaxşı qarşıladığına görə təşəkkür edirəm. Futbolçular mənə burada tez bir zamanda uyğunlaşmaq üçün hər cür imkan yaradıblar.

- Komandada hansı ab-hava hökm sürür?
- Çox mübət ab-hava var. Başqa cür ola da bilməz, ona görə ki,”İnter” Azərbaycanın ən iddialı klublarından biridir.

- Kaxaber Sxadadzenin rəhbərliyi altında artıq bir neçə məşq keçirmisiniz. Bu məşqçi haqqında nə deyə bilərsiniz?
- Kaxaber Sxadadze çox yaxşı məşqçidir. Bunu onun keçirdiyi maraqlı məşqləridən başa düşmək olar. Ümumiyyətlə, bu klubda çalışan hər kəs öz işinə peşəkarcasına yanaşır.

- “İnter”i sizin əvvəl oynadığın klublardan ayıran ən böyük fərq nədərir?
- Ən böyük fərq ondadır ki, “İnter” həmişə ancaq zirvə haqqında düşünür, bundan əvvəl oynadığım klublar isə yüksək yerlər uğrunda mübarizə aparmırdı.

- Sizcə, “İnter”ə keçidiniz karyeranızda müsbət rol oynaya bilər?
- İnşallah. Mən buna inanıram. Əvvəl də dediyim kimi,keçən mövsüm yaxşı oynadım, amma bu ilin mənim üçün daha yaxşı olacağına inanıram. Öz komandama lazımlı futbolçu olmaq və kluba yeni-yeni uğurlar qazanmağa kömək etmək istərdim.

- Sizi yarımmüdafiənin cinahlarında görməyə öyrəşmişik. Bəs "İnter"də necə? Hansı mövqedə oynamaq istərdiniz?
- Qeyd etdiyiviz kimi, mən həm sol, həm də sağ cinahlarda oynamağa öyrəşmişəm, amma "İnter"də hər şey Kaxaber Sxadadzedən asılıdır,o harda məsləhət görsə orda da oynayacağam.