Mpenza “Neftçi”ni sevindirdi
03.07.2011 - 19:57
Mpenza “Neftçi”ni sevindirdi
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Zaqreb "Dinamo"su ilə oyunlara hazırlaşan "Neftçi" klubu Avstriyadakı təlim-məşq toplanışında ikinci yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, bakılılar Rumıniya vitse-çempionu "Timişoara" klubu ilə görüşüb. “Ağ-qaralar” bu qarşılaşmada 1:0 hesabı ilə qalib əlib. Komandanın qələbə qolunu 66cı dəqiqədə Emil Mpenza vurub.

Azərbaycan çempionu matçı bu heyətlə keçirib: Rauf Mehdiyev (Saşa Stamenkoviç, 46), Ruslan Əmircanov (Rail Məlikov, 46), İqor Mitreski, Ruslan Abışov (Ruslan Qurbanov, 87), Tərlan Quliyev (Alessandro Viana da Silva, 46), Mirhüseyn Seyidov (Flavinyo, 46), Slavço Georgievski (Elmar Baxşiyev, 78), Cavid İmamverdiyev (Rodriqinyo, 46), Araz Abdullayev, Cavid Hüseynov (Rəşad Abdullayev, 46), Bahodir Nasimov (Emil Mpenza, 46).