Vaqif Cavadov üçün “Kopenhagen”, “Şeffild Uensdey” və “Hapoel”
04.07.2011 - 09:06
Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadov Avstriyaya yollanıb. Apasport.az saytının məlumatına görə, 22 yaşlı hücumçumuzun yeni klubu olan Nijni-Novqorod “Volqa”sı Şeremetyevo hava limanından Moskva – Vyana reysi ilə səfərə çıxıb. Komanda iyulun 15-dək Leoben şəhərində təlim-məşq toplanışı keçəcək.
“Volqa” Avstriya toplanışına 30 futbolçu aparıb ki, onlar arasında Cavadovla yanaşı, digər yeni transferlər – Dani Bondarvla Yanoş Sekeli olub. Gənclərdən ibarət komandadan yarımmüdafiəçi Şota Bibilov cəlb edilib. Bundan əlavə, “Volqa”ya Tiflis “Dinamo”su ilə icarəsi bitən Petar Yeliç qayıdıb. “Volqa”ya 4-5 futbolçunun baxışa gələcəyi gözlənilir.
Rusiya Premyer Liqasının debütantı Avstriyada 3 yoxlama oyunu keçirəcək. Bunlar iyulun 7-də Danimarkanın “Kopenhagen”, 12-də İngiltərənin “Şeffild Uensdey” və 14-də Təl-Əvivin “Hapoel” klubları ilə görüşlərdir.

0
0