Ronaldo: Müəllimə stul atdığım üçün məktəbdən qovuldum
04.07.2011 - 12:08
“Həyat mənim üçün həmişə 1-ci yerdə olub. Ən vacib odur ki, mənim oğlum var”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Madrid “Real”ının portuqaliyalı futbolçusu Kriştianu Ronaldo deyib.
Həyatda onun üçün dəyərli şeylər haqda danışan Ronaldo oğlunun ərköyün böyüməsini istəmir: “Artıq ailəmdən sonra futbol, 3-cü yerdə isə pul gəlir. İstərdim ki, oğlum da yolumu davam etdirərək, futbolçu olsun. Ancaq o, istədiyi hər şeyi seçə bilər. Hələ bu haqda fikirləşmək tezdir. Onu dəb-dəbədən kənarda qoymağa hazırlaşıram. Oğlum ərköyün böyüməməlidir. Qoy adi şagirdlər kimi adi məktəbə getsin”.
Dünyanın ən yaxşı futbolçusu seçilmiş 26 yaşlı hücumçu uşaqlığı ilə bağlı maraqlı fikirlər bildirib. Məlum olub ki, hazırda planetin ən bahalı futbolçusu olan Ronaldonun vaxtilə oyuncaq almağa belə pulu olmayıb: “Mən özüm kasıblıqda böyümüşəm. Oyuncağım olmayıb, mənə ad günlərində hədiyyələr verirdilər. Otağımı 2 bacım və qardaşımla bölürdüm. Ancaq bizim ətrafımızdakılar da belə yaşayırdılar, biz xoşbəxt idik. İndi mən qazanıram və onlara kömək edirəm”.
Ronaldonun sözlərinə görə, varlanandan sonra dəyişməyib: “Deyə bilmərəm ki, pul məni çox dəyişib. Mən məktəbdə yetərincə məşhur idim. Təhsillə elə də maraqlanmırdım. Müəllimin üstünə stul atandan sonra məni məktəbdən qovdular. O, mənə hörmət etmirdi”.

0
0