“Neftçi”nin rəqibindən inamlı qələbə
04.07.2011 - 11:52
“Neftçi”nin rəqibindən inamlı qələbə
Çempionlar Liqasının II təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan Xorvatiya çempionu “Dinamo” növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, zaqreblilər Sloveniyanın aşağı dəstə təmsilçisi “Limbus”u sınağa çəkib.

Krunoslav Yurçiçin baş məşqçisi olduğu komanda bu oyuna Lonçariç, Tomeçak, Barbariç (Alispahiç, 46) , Vida, İbanez (Vrsaljko, 46), Kalello, Ademi, Kovaçiç, Şitum, Kramariç, Silvestr “11-liy”i ilə başlayıb. “Dinamo” bu görüşdə asan qələbə qazanıb – 3:0. 7-ü dəqiqədə Ademi, 50-ci dəqiqədə Kramarişin vurduğu qolların ardından 73-cü dəqiqədə avtoqola imza atan Koder də “fərqlənib”.