Rumınlar Stamenkoviçi təriflədi: O, möcüzələr yaradırdı
04.07.2011 - 12:30
Rumınlar Stamenkoviçi təriflədi: O, möcüzələr yaradırdı
Azərbaycan çempionu “Neftçi”nin Avstriyadakı təlim-məşq toplanışında Rumıniya klubu ilə qarşılaşması bu ölkənin mətbuatının diqqətindən də kənar qalmayıb. Apasport.az saytının məlumatına görə, həmkarlarımız “ağ-qaralar”ın “Timişoara” ilə yoldaşlıq oyunu haqda xüsusi yazı hazırlayıb. Rumıniyalıların fikrincə 1:0 hesablı qələbəyə görə, bakılılar qapıçıları Saşa Stamenkoviçə borcludur: Emil Mpenzanın 66-cı dəqiqədə hesabı açması ilə oyunun axarı dəyişdi. “Timişoara” “Neftçi”nin qapısına təzyiqləri artırdı. Lakin Azərbaycan təmsilçisinin qapıçısı möcüzələr yaradırdı. O, Tams, Rikkets, Qoqanın qarşısıalınmaz görünən zərbələrini zərərsizləşdirdi. Onun Nikoliç və roşanın zərbələrini necə qaytardığı isə heç ağıa belə bəlmir. Sonda isə Rikkets və Qoqanın sevinməsinə əngəl oldu.

Qeyd edək ki, “Timişoara” ilə oyunun 1-ci hissəsində Rauf Mehdiyev, fasilədən sonra isə Saşa Stamenkoviç qapıda dayanıb.