Yunis Hüseynov: Şahin Diniyevlə İranda rəqib olmarıq
04.07.2011 - 17:01
“İranda işləyəcəyim dəqiqləşməyib. Hələ son sözümü deməmişəm. 4-5 günə hər şeyə aydınlıq gələcək”. Bu fikirləri apasport.az saytına açıqlamasında Yevlaxın “Karvan” klubunun sabiq baş məşqçisi Yunis Hüseynov deyib.
Ötən yay I diviziona düşəndən sonra “Karvan”la vidalaş 46 yaşlı mütəxəssis artıq 1 ildir işsizdir. 1992-ci ildə ilk milli çempionatımız zamanı “Neftçi”də oynayan Hüseynov İrana yollansa da, keçidində problem yarandığından, tezliklə geri qayıtmışdı.
Bu dəfə Arazın o tayında baş məşqçi kimi işləmək təklifini alan həmyerlimiz komandanın adını çəkməyə və son qərarını verməyə tələsmir: “Hələ fikirləşirəm. Məsələ həll olunmaq üzrədir. İranlılar mənimlə çalışmağa hazırdırlar. Ancaq mən hələ tam razılığımı verməmişəm. Yəqin ki, yaxın günlərdə məsələ dəqiqləşəcək. İrana köməkçilərimi də aparmağı planlaşdırıram. Ola bilsin ki, futbolçu da apardım. Niyə də olmasın?”
Məlum olduğu kimi, Hüseynovun millimizdə komanda yoldaşı, sonradan isə məşqçilik dövründə çempionatımızda rəqibi olduğu Şahin Diniyevin İranda işləyəcəyi artıq dəqiqləşib. O, yüksək liqa təmsilçisi – Tehranın “Rah-Ahan” klubu ilə 1 illik müqavilə imzalayaraq, qısa müddətlik vətənə dönüb.
Hüseynov həmkarının təyinatına sevinir: “Diniyevin təyinatını yenicə eşitdim və ona uğurlar arzulayıram. Allah xeyir versin. Mənim də İranda variantım reallaşsaydı, ikimiz də işləsəydik, əla olardı. Biz orda rəqib olmarıq. Əksinə, əl-ələ verib işləyər, İranda ölkəmizi təmsil edərik. Düzdür, həmyerli, həmkar olsaq da, meydanda rəqibik. Diniyevlə münasibətlərim yaxşıdır. Mənimlə maraqlanan komanda onunkundan fərqli, Tehran təmsilçisi deyil”.
Mehman SÜLEYMANOV

0
0