Vaqif Cavadovun komandasında transferə çıxarılan futbolçular
04.07.2011 - 16:32
Vaqif Cavadovun komandasında transferə çıxarılan futbolçular
Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadovu transfer edən Rusiyanın “Volqa” klubu heyətlə bağlı böyük islahatlara başlayıb. Apasport.az saytının məlumatına görə, Premyer Liqanın debütantı olan Nijni-Novqorod təmsilçisi 5 futbolçu ilə yollarını ayırmağı qərara alıb. Bunlar müdafiəçilər - braziliyalı Silva dos Santos Leilton, Aleksey Aravin, yarımmüdafiəçilər – Maksim Burçenko, Maksim Zyuzin və Sergey Yaşindir. Onların hamısı transferə çıxarılıb. “Volqa” hazırda həmin 5 futbolçuya yeni klub axtarmaqla məşğuldur.

Göründüyü kimi, “Volqa”nın imtina etdiyi futbolçular arasında Vaqifin ampluasında futbolçu yoxdur. Klub gürcü hücumçusu Otar Martsvaladzenin “Krasnodar”a gedişindən sonra 22 yaşlı Cavadovu transfer etdi.