“Dinamo” – “Neftçi” matçı 15 qəpiyə
04.07.2011 - 17:13
Çempionlar Liqasının II təsnifat mərhələsində keçiriləcək “Dinamo” (Xorvatiya) – “Neftçi” (Azərbaycan) oyununun biletlərinin qiyməti məlum olub. Apasport.az saytının məlumatına görə, iyulun 13-də Zaqrebin “Maksimir” stadionunda keçiriləcək qarşılaşmaya giriş çox ucuz olacaq.
Belə ki, xorvatiyalılar oyun zamanı anşlaqa nail olmaq üçün Şərq və Şimal tribunalarına girişin qiymətini cəmi 1 xorvat kunu (təxminən 15 qəpik) həcmində dəyərləndirib. Qərb tribunasına giriş isə cəmi 10 kun olacaq.
Qeyd edək ki, oyunun keçiriləcəyi “Maksimir” stadionu 38923 tamaşaçı tutur.

- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0