Mirça Rednik nigeriyalı futbolçu haqda qərar verməyə tələsmir
04.07.2011 - 23:02
Avstriyada təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” baxışa gələn futbolçulardan birini geri qaytaracaq. Apasport.az saytının məlumatına görə, bu, nigeriyalı yarımmüdafiəçi Dino Ezedir.
Bir neçə gündür “ağ-yaşıllar”ın məşqlərinə qatılan 27 yaşlı afrikalının durumu baş məşqçi Mirça Redniki qane etmir. Komandanın dünən axşamkı məşqinə qatılmasına baxmayaraq, Dinonun qarşıdakı günlərdə heyətdən uzaqlaşdırılacağı istisna olunmur.
Qeyd edək ki, son klubu Rumıniyanın aşağı dəstə təmsilçisi “Prahova Tomşani” olan Eze “Dinamo” (Buxarest), “Qloriya”, UTA, “Styaua”, “Çimia”, Livanda “Əl-Əhli”, həmçinin Bolqarıstanın “Beror” və “Lokomotiv” (Plovdiv) klublarında oynayıb.
O, 2006-cı ildə Rednikin rəhbərlik etdiyi vaxtda “Dinamo”ya transfer olunub

0
0