“Xəzər Lənkəran” xorvatiyalılarla heç-heçə etdi - YENİLƏNİB
05.07.2011 - 21:46
“Xəzər Lənkəran” xorvatiyalılarla heç-heçə etdi - YENİLƏNİB
İyunun 20-dən Avstriyada Avropa Liqasının II təsnifat mərhələsinin “Makkabi” ilə görüşlərinə hazırlaşan “Xəzər Lənkəran” bu gün növbəti sınaq matçını keçirib. Apasport.az saytının xəbərinə görə, Fulpmes şəhərciyində məskunlaşan “ağ-yaşıllar” dördüncü yoxlama oyununda Xorvatiya təmsilçisi “NK Zaqreb”lə üz-üzə gəliblər.

Fulpmesdən təxminən 130 km uzaqlıqda yerləşən Sankt Ulrich am Pillerzee şəhərciyində baş tutan oyuna “ağ-yaşıllar” Kamran Ağayev, Elnur Allahverdiyev, Andrey Mureşan, Rahid Əmirquliyev, Eder Bonfim, Rikardo Qomeş, Culius Vobay, Matius Onofraş, Çaba Borbeli, Joao Paulo Pinto Ribeyro, Ramunas Radaviçius “11-liy”i ilə başlayıb. Əksər yoxlama matçlarında olduğu kimi, bu görüşün də II hissəsində meydana tam fərli heyət çıxıb. Lakin nə birincilər, nə də ikincilərin səyləri bəhrəsini verməyib və oyun qolsuz başa çatıb. Halbuki, təmsilçimiz zaqreblilərlə müqayisədə 2 yüz faizli qol şansını dəyərləndirə bilməyib. İlk yarının əvvəllərində Joao Pinto, ikinci hissədə isə Oparanın yaxın məsafədən qapıya zərbəsi qeyri-dəqiq alınıb.