“Əgər qismətdirsə, o, Azərbaycanda oynayacaq” - MÜSAHİBƏ
04.07.2011 - 23:56
Bakının “İnter” komandasının futbolçusu, bolqarıstanlı legioner Petar Zlatinovun klubun saytına müsahibəsi
- Mövsümün başa çatmasından sonra şayiələr gəzdi ki, komandadan ayrılacaqsınız. Lakin “İnter”lə müqavilə imzaladınız...
- Buna görə çox şad olduğumu demək istəyirəm. Xoşdur ki, bizə ortaq məxrəcə gəlmək və yeni müqavilə imzalamaq müyəssər oldu. Mənim “İnter”dən getmək məsələm heç müzakirə olunmurdu - bütün bunlar şayiədir. Ümid edirəm ki, bu mövsüm komanda özünü yalnız yaxşı tərəfdən göstərəcək və mütləq yüksək yerlər uğrunda mübarizə aparacaq. Mən isə öz növbəmdə “İnter”in hər oyunda qalib gəlməsi üçün əlimdən gələni etməyə çalışacağam.
- Amma hər mənfinin müsbət tərəfi də var. Belə ki, komanda avrokuboklara vəsiqə qazana bilmədi, ancaq bu, futbolçulara yaxşı istirahət etməyə imkan yaratdı. Bilmək istərdik, istirahəti necə keçirdiniz?
- Bütün ailə üzvlərinin toplaşdığı evdə dincəldim. Məzuniyyəti yaxşı keçirdim, deyim ki, son 3 ildə biz əməlli-başlı istirahət edə bilməmişdik. Lakin yaxşı qeyd etdiyin kimi, hər bir mənfinin müsbət tərəfi də var. Bizə avrokuboklarda oynamaq mümkün olmadı, ancaq yaxşı istirahət etmək imkanı yarandı. Amma ümid edirəm ki, növbəti mövsümdə biz daha yaxşı çıxış edəcəyik və Avropaya düşəcəyik.
- Növbəti mövsümə hazırlıq çərçivəsində “İnter”in hazırlıqları necə keçir?
- Düşünürəm ki, normal. Toplanış plana uyğun keçir, bütün futbolçular məşqçilərin tapşırıqlarını ciddi-cəhdlə yerinə yetirirlər. Sevindiricidir ki, zədəli futbolçular yoxdur. Biz anlayırıq ki, yaxşı istirahətdən sonra yaxşı hazırlaşmaq lazımdır, axı, bu, bu mövsüm uğurlu çıxış etməyimiz üçün çox vacibdir.
- Bilirik ki, ailənizdə futbol oynayan çoxdur. Və bu yaxınlarda atanız bildirmişdi ki, ailənizdə ən yaxşı futbolçu məhz Petardı...
- Mənə çox xoşdur ki, o, belə hesab edir. Hələlik mən atamdan və qardaşımdan daha çox uğur qazanmışam. Ancaq qardaşım Vladislav hələ çox gəncdir və düşünürəm ki, bütün onun uğurları hələ qarşıdadır.
- Karyerasını Azərbaycanda davam etdirməyi qardaşınıza məsləhət görərdinizmi?
-Bu, taledir. Əgər qismətdirsə, o, Azərbaycanda oynayacaq. Əgər qismət deyilsə, oynamayacaq. Qardaşım öz yolu, mənim başqa yolum var. Səmimi qəlbdən istərdim ki, Vladislav Avropanın səviyyəli komandalarının birində çıxış etsin. İstərdim ki, onun karyerası uğurlu olsun.

0
0