“Minsk” AZAL qarşısına məğlub çıxır
05.07.2011 - 00:33
Avropa Liqasının I təsnifat mərhələsində Bakının AZAL klubunun rəqibi olan “Minsk” Belarus çempionatında növbəti görüşünə çıxıb. Apasport.az saytının xəbərinə görə, paytaxt təmsilçisi öz meydanında “Şaxtyor”la qarşılaşıb.
Oyun minsklilərin məğlubiyyəti ilə nəticələnib. Belə ki, 64-cü dəqiqədə Sokolun vurduğu qol Soliqorsk təmsilçisinə qələbə qazandırıb.
Bu qələbə ilə “Şaxtyor” ikinci pillədəki mövqeyini möhkəmləndirib. “Minsk” isə 21 xalla “Torpedo” və “Neman”la birgə 5-7-ci yerləri bölüşür.
Xatırladaq ki, iyunun 30-da Bakıda keçirilən AZAL – “Minsk” matçında qalib müəyyənləşmişdi – 1:1. Bu komandalar arasındakı cavab oyunu iyulun 7-də Minskdə baş tutacaq.

0
0