“Sumqayıt Şəhər” Bernhard Raabla müqavilə imzaladı
05.07.2011 - 11:29
“Sumqayıt Şəhər” Bernhard Raabla müqavilə imzaladı
2011/12 mövsümündən Azərbaycan Premyer Liqasında çıxış edəcək “Sumqayıt Şəhər” klubu yeni baş məşqçisinin adı rəsmiləşib. Apasport.az saytının məlumatına görə, sumqayıtlılar almaniyalı mütəxəssis Bernhard Raab ilə 2 illik müqavilə imzalayıb.

Artıq almaniyalının köməkçiləri də müəyyənləşib. Ona 17 yaşadək futbolçulardan ibarət milli komandanın baş məşqçisi Təbriz Həsənov və yığmanın sabiq kapitanı Aslan Kərimov kömək edəcəklər.

Kərimov komandada oynayan məşqçi funksiyasını yerinə yetirəcək.