Xavyer Ernandeslə Vüqar Nadirovun fərqi açıqlandı
05.07.2011 - 11:00
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2011-ci ilin ən məhsuldar futbolçularının siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, siyahıya milli komanda və qitə kuboklarında üst-üstə ən azı 5 qol vuranlar daxil olub. 54 futbolçunun yer aldığı cədvələ “Mançester Yunayted” (İngiltərə) klubunun meksikalı forvardı Xavyer Ernandes başçılıq edir. Yığmada 10, klubda 3 dəfə fərqlənən “Çikarito” ləqəbli futbolçunun ümumilikdə 13 qolu var.
Kolumbiya millisində 1, “Portu”da (Portuqaliya) 10 qol vuran Radamel Falkao siyahıda 2-ci pilləni tutur. İtaliya yığmasının 3 qoluna imza atan Cüzeppe Rossi “Vilyarreal” (İspaniya) 6 dəfə fərqlənməklə ümumi göstəricisini 9-a çatdıraraq 3-cü yerdədir.
Qeyd edək ki, 54 nəfərlik siyahıda Azərbaycan təmsilçisi yer almayıb. Ölkəmizin ən yaxşı qolçusu isə Vüqar Nadirovdur. Ötən ay 3 qol vuran 24 yaşlı hücumçu Azərbaycan milli komandasında 1, “Qarabağ”da 2 dəfə fərqlənib. Futbolçumuz Ernandesdən 10 qol geri qalır. Lakin o, 2 gündən sonra keçiriləcək Avroliqanın I təsnifat mərhələsinin cavab oyununda bu fərqi azalda da bilər.

0
0