“Minsk” AZAL-a görə çempionat oyununu qurban verdi
05.07.2011 - 12:25
Avroliqanın I təsnifat mərhələsində Bakının AZAL klubuna rəqib olan “Minsk” komandasının Belarus çempionatının növbəti oyunundakı məğlubiyyətinin səbəbi məlum olub. Apasport.az saytının məlumatına görə, bunu “Şaxtyor”a 0:1 hesablı yenilgini dəyərləndirən komandanın baş məşqçisi Vitali Tarakanov açıqlayıb. O, AZAL-ın adını çəkməsə də dolayısı ilə bəzi futbolçularını məhz təmsilçimizlə görüş üçün qoruduğunu söyləyib: “Heyətdəki rotasiyalar zəruri idi. Bu səbəbdən də bu qarşılaşmada əsasən az oynayan futbolçulara şans verdik. Ona görə də nəticə qanunauyğundur”.
- Zaniolo “Udineze”də qaldı – “Qalatasaray”dan birdəfəlik ayrıldı
- “Qırmızı şeytanlar” maviyə büründü – Yeni səfər forması - FOTO
- İspaniya de la Fuente ilə davam etmək istəyir – Müqavilə uzadılır
- Çempionlar Liqası: "Kayrat" "Omoniya"ya qarşı - YENİLƏNİR
- "Neftçi" və "Başakşəhər"in matçları bu kanallarda - TV AFİŞA
0
0